“Səfərbərlik elan edildi, Oktyabr-Noyabr aylarında müharibə qaçılmazdır” – Əhməd Şahidov Ulusal Kanala danışıb

Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində erməni tərəfinin son təxribatları nəticəsində bir Azərbaycan əsgəri Şəhid oldu. Bunun ardınca isə Azərbaycanda səfərbərlik elan edildi və ehtiyyatda olan əsgər-zabitlər hərbi təlimlərə çağırıldı. Türkiyənin “Ulusal Kanal” Televiziyasına danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Gün ortası” proqramında Yeşim Eryılmazın suallarını cavablandırıb.